Belarusda Qrodno istiqamətində sərbəst qoşun qruplaşmasının iştirakı ilə kompleks taktiki təlimlər başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sərbəst qoşun qruplaşmasının tərkibinə mexanikləşdirilmiş, tank, artilleriya, paraşüt-desant və mühəndis bölmələri daxildir.

Qeyd edək ki, daha öncə müdafiə naziri Viktor Xrenin respublikanın daxili işlərinə xaricdən çox müdaxilələrin olduğunu bildirmişdi. Bununla əlaqəda olaraq da, Qrodno istiqamətində kompleks taktiki təlimlərin keçirilməsinin labüdlüyünü vurğulamışdı.