Belarus lideri Aleksandr Lukaşenko keçirilən prezident seçkilərdən və hökumətin başlayan etirazlara sərt reaksiyasından sonra Belarusa qarşı müəyyən tədbirlər görməyə hazırlaşan ölkələrə cavab sanksiyaları yürüdəcəyinə vəd verib. O, həmçinin Polşa və Litvanı “hava yolları”nı bağlamaqla da hədələyib.
Unikal.org xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko Orşaya işgüzar səfəri zamanı deyib.
Belarus lideri hökumətə Litva limanlarından ticarət axınlarını digərlərinə yönəltməyə sərəncam verib.
“Onların necə dolanacaqlarını bax indi görərik. Litva büdcəsinin 30%-ni yükdaşımalarımızı Litva üzərindən həyata keçirməyimiz təşkil edir. Daha nə lazımdır? Onları “piy basıb”. Ona görə də yerlərinə oturdacağıq”, - deyə dövlət başçısı bildirib.