Almaniya kansleri Angela Merkel koronavirusun yaxın aylarda daha da pisləşəcəyini söyləyib.
Unikal.org xəbər verir ki, bu haqda məlumatı AP agentliyi yayıb.
Onun sözlərinə görə, hökumət “uşaqlarımızın pandemiyadan əziyyət çəkməməsi üçün hər şeyi edəcək: “Məktəb və uşaq bağçası ən vacib şey olmalıdır.”
Merkel koronavirus pandemiyasının önümüzdəki aylarda həyatı yayla müqayisədə çətinləşdirəcəyini xəbərdar edib və almanları təhdidləri ciddiyə almağa çağırıb.
İnsanlar getdikcə qapalı yerlərdə olduğuna görə infeksiyaların yayılmasının qarşısını almaq vacibdir: “Virusla yaşamağa davam etməliyik”.
O, pandemiyaya baxmayaraq uşaqların təhsil almaq imkanlarının təmin edilməsi, iqtisadiyyatın bərpası və sosial birliyin qorunması da daxil olmaqla üç prioriteti vurğulayıb.
Merkel, həmçinin Avropa Komissiyasının əczaçılıq şirkətləri ilə COVID-19 əleyhinə peyvəndlərin hazırlanması üçün yeni müqavilələr imzalayacaqlarını söyləyib.