Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 36 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 107 814 şübhəli koronavirus testindən keçib, onlardan 1517-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 896 nəfər olub, 1017 xəstə isə sağalaraq evə buraxılıb.