Rusiyanın hazırladığı "Sputnik V" koronavirus peyvəndinin klinik sınaqlarına sentyabrda başlanılacaq.

Unikal.org xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi açıqlama yayıb.

Şərqi Avropa ölkəsindən verilən açıqlamada Rusiya və Belarus mütəxəssislərinin bu mövzuda fəal əməkdaşlıq etdiyi bəyan edilib:

"Belarus tərəfi artıq klinik sınaqların harada aparılacağını müəyyənləşdirdi və hazırda sınaqların milli və beynəlxalq qaydalara uyğun olaraq aparılması ilə bağlı texniki məsələlərə aydınlıq gətirir".

Qeyd edək ki, Belarus Rusiyanın hazırladığı peyvənddən istifadə edən ilk ölkə olacaq.