Son 7 gündə dünyada COVID-19 virusuna təsdiqlənmiş yoluxma halları 1,8 milyon artıb. Bu da iyul ayının axırından etibarən həftəlik miqdarın bir səviyyədə olduğunu göstərir.

Unikal.org xəbər verir ki, pandemiyanın ilk günlərinə nisbətən həftəlik yoluxma miqdarı minimum hədd olan 7,5 faizədək geriləyib.

Bütövlükdə indiyədək dünyada yoluxanların sayı 24,5 milyon, yəni dünya əhalisinin 0,3 faizindən artıqdır. Son həftə sağalanlar 1,45 milyon artaraq 16 milyona, yəni yoluxanların 65,4 faizinə çatıb.

Koronavirusdan ölənlərin xüsusi çəkisi də 3,4 faizədək azalaraq minimum həddə geriləyib. Belə ki, son 7 gündə daha 38 minə yaxın xəstə dünyasını dəyişməklə ölənlərin sayı 832 minə çatıb.