Türkiyənin İstanbul şəhərində İnqilabçı Xalq Azadlıq Partiyasına (DHKP/C) qarşı əməliyyat keçirilib.
Unikal.org xəbər verir ki, Kəşfiyyat və Terrorla Mübarizə Şöbə Müdirliyinin apardığı əməliyyat zamanı 30-dan çox şəxs saxlanılıb.
Əməliyyatların keçirildiyi ünvanlarda və şübhəlilər üzərində aparılan axtarışda çox sayda təşkilati sənəd və rəqəmsal material ələ keçirilib.
Saxlanılan şəxslərin nümayiş hazırlığında olduğu barədə məlumat verilib.