Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 12 nəfər dünyasını dəyişib.
Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4798-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 260,3 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 210,9 mindən çox xəstə isə sağalıb.