Çinin Şansi vilayətində hotel binasının çökməsi nəticəsində azı iki nəfər ölüb, təxminən 10 nəfər dağıntılar altında qalıb.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.