Dünyada qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 24 951 100-ə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 842 094 nəfər vəfat edib. Məlumata görə, 17 327 329 nəfər koronavirusdan sağalıb.
Dünyada ən çox yoluxma halları ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.