Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında meşə ərazisində 0,5 ha sahədə kol-kos, quru ot və qurumuş ağaclar yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, meşənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.