Lionel Messi "Barselona"da qalmağa qərar verib.
Unikal.org "Marca"ya istinadən xəbər verir ki, argentinalı ulduz müqaviləsi bitənədək daha bir il Kataloniya klubunda qalmağa qərar verib.
Messi agenti olan atası və vəkilləri ilə görüşdükdən sonra qalmağı üstün tutub.
Qeyd edək ki, daha əvvəl Messinin "Mançester Siti" ilə 5 illik müqavilənin şərtlərini razılaşdırdığı barədə məlumat yayılmışdı. Messinin klubu tərk edə bilməməsinə səbəb 700 milyon avro sərbəstqalma məbləği olub.