Xaçmaz rayonunda gənc oğlan sevdiyi qıza təcavüz edib.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini Raman Mustafayev sevdiyi qızı qaçırıb.
Qızı zorla qaçıran Raman Mustafayev onunla cinsi əlaqədə olub. Daha sonra o, qıza evlənmələri üçün hədə-qorxu gəlib.
Raman Mustafayev qızı öldürməklə hədələyib. Buna baxmayaraq, qız onunla razılaşmayıb.
İstintaq orqanı tərəfindən Raman Mustafayevin barəsində Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.
İstintaq hərəkətləri davam edir.