Bakının "Keşlə" klubu növbəti transferini reallaşdırıb.
Unikal.org xəbər verir ki, yarımmüdafiəçi Alvaro Tavareş Premyer Liqa təmsilçisi ilə anlaşıb. Futbolçu mövsümün sonuna qədər "Keşlə"nin şərəfini qoruyacaq.
Son olaraq Ukraynanın "Lvov" klubunda çıxış edən 25 yaşlı Tavareş ötən mövsüm Ukrayna Premyer Liqası çərçivəsində 18 oyun keçirib və 3 qola imza atıb.