Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovla görüşüblər.
GİN-dən Unikal.org-a verilən xəbərə görə, açılış nitqi ilə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Heydər Əliyev Mərkəzinin Gənclər və İdman Nazirliyi ilə birlikdə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramını 2019-cu ildən başlayaraq həyata keçirilməsinə başladığını, 2020-ci il üzrə proqramda iştirak etmək üçün 40 rayon və şəhərdən 350-dən artıq gəncin müraciət etdiyini bildirib.
Nazir müavini qeyd edib ki, rəhbər şəxslərlə görüşlərin məqsədi gənclərin dünya görüşünün formalaşması, müxtəlif sahələr üzrə həyata keçirilən dövlət siyasəti və gələcəyə baxış barədə daha ətraflı məlumatlandırılmasıdır.
Sonra U.Əlkəbərov barədə məlumat verən İ.Babayev onun 320-dən artıq əsəri o cümlədən 34 kitab və dərsliklərin müəllif, ətraf mühitin təbii, iqtisadi, sosial və siyasi komponentlərdən ibarət vahid sistem kimi idarə edilməsi, elm və inkişafın planlaşdırılması və idarə edilməsi sahəsində dünyada tanınmış alim və inkişaf üzrə eksperti, "Yaşıl" təfəkkür (demoqrafiya və istehlak mədəniyyəti) və "yaşıl" iiqtisadiyyata əsaslanan ekoloji sivilizasiya konsepsiyasının (1998) müəllifi olduğunu qeyd edib.
Görüşdə akademik Urxan Ələkbərov “Qlobal cağrışlar şəraitində yeni idarəçilik texnologiyaları: Azərbaycan Respublikasının uğurlu təcrübəsi” mövzusunda beynəlxalq qurumların hesabatlarına əsasən geniş və təhlil olunmuş təqdimatla çıxış etmişdir. Təqdimatda ümummilli lider Heydər Əliyevin dövlət idarəçilyində rolu və vaxtında verilmiş əhəmiyyətli qərarlar, prezident İlham Əliyevin həyata keçiridiyi uğurlar siyasətin rəqəmlərdə ifadəsi iştirakçılara təqdim edilib.
Təqdimatda uğurlu inkişafa təsir edən amillər, təbii sərvətlərin zənginliyinin inkişafa təsiri, qlobal inkişafa neqativ tendensiyalar: BMT təsnifatı, Azərbaycandan və dünyada davamlı insan potensialına əsaslanan inkişafın tədrisi xronologiyası, inklüziv inkişafın idarəedilməsi sahəsində Azərbaycanın liderliyi, Azərbaycanda ÜDM-in artımı, ÜDM-in inkişafına sərf edilən erenji, Gini indeksi və Azərbaycan, Kvintil nisbəti, yeni idarəetmə texnologiyalarının (sinergetik, komplementar, kompensasion) tətbiqində Azərbaycanın uğurlu tərcübəsi, Heydər Əliyev Fondu və UNESKO-nun sənədlərində Azərbaycanın qeyri-maddi mədəni irisi, iqtisadi inkişaf və sosial siyasət və s. istqiamətlər üzrə faktlar və rəqəmlər təqdi edilib.
Sonda U.Ələkbərov görüş içtirakçılarını maraqandıran sulları cavablandırıb.
Qeyd edək ki, proqramın həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasını əhatə edir.