Hindistanın Uttar Pradeş şəhərində dəhşətli hadisə baş verib.
Unikal.org xəbər verir ki, beş qızı atası olan kişi, gələcək körpəsinin cinsiyyətini öyrənmək üçün hamilə arvadının qarnını kəsməkdə günahlandırılıb. Qısa zamanda 35 yaşlı hamilə qadın xəstəxanaya yerləşdirilib. Təxminən yeddi aylıq hamilə olan və qarnı kəsici alətlə parçalanan qadının vəziyyəti barədə məlumat verilməyib.
Hadisəni törədən şəxs isə polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma davam etdirilir.