Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından daha 3-ü keçiriləcək.
Unikal.org xəbər verir ki, III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı penaltilər seriyası ilə mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edəcək.
Gözlənilmədən pley-offa vəsiqə qazanan Kiprin "Omoniya" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Belçika təmsilçisi "Gent" isə Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək.
23 sentyabr
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyunlar
23:00. “Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)
23:00. “Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)
23:00. “Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)
Bu qarşılaşmaların cavab görüşləri sentyabrın 29-da gerçəkləşəcək.
Qeyd edək ki, ilk oyun günündə "Krasnodar" Rusiyada Yunanıstan PAOK-unu, Avstriya "Zaltsburq"u İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"ni 2:1 hesabı ilə yenib. "Slaviya" isə Çexiyanın paytaxtı Praqada Danimarka "Midtüllann"ı ilə qolsuz heç-heçə edib.