Ukrayna Prezidenti Vladimir Zelenski Belarusa səfərini ləğv edib.

Unikal.org xəbər verir ki, bu barədə Belarusun Ukraynadakı səfirliyi məlumat yayıb.

Məlumatda Regional İnkişaf Forumu ilə bağlı olan səfərin Ukrayna tərəfinin təşəbbüsü ilə ləğv edildiyi qeyd olunub. Rəsmi Kiyev forumun gələn ilə kimi təxirə salınmasını təklif edib.