Xəbər verdiyimiz kimi, Ukraynanın Xarkov vilayətində An-26 hərbi təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hava gəmisinin qanadının yerə dəydiyi ehtimal olunur.
Unikal.org "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayıb. Fərmana əsasən təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olunub.
Fərmanda deyilir: "25 sentyabr 2020-ci il tarixində Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında planlaşdırılan təlim uçuşları zamanı An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qulluqçularının ölümünə səbəb olan faciə ilə əlaqədar olaraq, qurbanların xatirəsini anmaq üçün 26 sentyabr 2020-ci il Ukrayanda matəm günü elan edilsin".
Nəzərə çatdıraq ki, Prezident Vladimir Zelenski qəza baş verən yerə gedib.
Xatırladaq ki, sentyabrın 25-də An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub. Təyyarənin göyərtəsində 27 nəfər olub.