Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev tutduğu vəzifədən istefa verib.
Unikal.org xəbər verir ki, o bu barədə şəxsi Feysbuk hesabında yazıb.
Hacı Yasin Əliyev istefasına səbəb kimi səhhətində yaranan problemi göstərib.
Müfti vəzifəsinin müvəqqəti icrası müşavir Eyvaz Mərdanova tapşırılıb.