Ermənistanın paytaxtı Yerevanın Nor Nork rayonun Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin 3 əməliyyat müvəkkili iki nəfər barəsində işgəncələrin tətbiqində şübhəli bilinərək saxlanılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı həmçinin Nor Nork rayonunun Polis Şöbəsinin rəisi də saxlanılıb.

Məlumata görə, Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşı T.A.-nın (həmin şəxsin ad və soyadı tam açıqlanmır-red) həyat yoldaşı ilə mülki şəxs Vladimir Ohanyanın arvadı arasında şəxsi münasibətlər zəminində dava olub. V.Ohanyan Cinayət Axtarış Şöbəsinin əməkdaşı tərəfindən eyni şöbənin əməliyyatçıları N.B. və Q.M-nin köməyi ilə Nor Nork Polis Şöbəsinə aparılıb.

Eyni zamanda, hadisə ilə bağlı izahat tələb edən Vladimir Ohanyanın dostu Armen Kazaryan da saxlanılıb. Qeyd edilir ki, polis əməkdaşları Ohanyanı və Kazaryanı döyüblər.

Faktla bağlı cinayət işi qaldırılıb, ilkin istintaq davam edir.