Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Unikal.org apa-ya istinadən xəbər verir ki, ermənilərin atdığı top mərmisi Tərtər rayonunun Qapanlı kəndində Poçt binasına və kənd xəstəxanasına düşüb.
Bundan başqa, Qapanlı kənd sakini Zülfüqar Quliyevin həyətinə mərmi düşüb. Nəticədə 8 baş iribuynuzlu heyvan tələf olub.
Hazırda ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.