Azərbaycan Ordusunun mayoru Camal Qəmbərovun 27 ildən sonra doğulduğu Cəbrayıl rayonundan fotosu yayılıb.

Unikal.org xəbər verir ki, şəkil sosial şəbəkədə paylaşılıb. 

Qeyd edilir ki, o, 7 yaşında ermənilərin işğalından sonra Cəbrayıldakı evini tərk edib və 27 il sonra doğma torpağını işğaldan azad edən şəxs kimi geri dönüb.