Ermənistanın növbəti təcavüzü və Azərbaycan Ordusunun şanlı əks-həmlə əməliyyatlarından sonra Qərbi Kaspi Universitetinin tərəfdaşı olan dünyanın müxtəlif ölkələrinin nüfuzlu təhsil ocaqlarından Azərbaycanın haqq işinə dəstək ifadə edən məktublar daxil olmağa davam edir.
Unikal.org xəbər verir ki, universitetin partnyorlarından biri - Kanadanın Georgian Kollecinin beynəlxalq əlaqələr şöbəsinin məsul şəxsi Catherine Vellinganın məktubunda deyilir:
“Azərbaycanın şəhərlərinin bombalanması nəticəsində qarşılaşdığı dəhşətlərlə bağlı çox üzgünəm. Hal-hazırda dünyanı ağuşa alan problemlərinin içərisində siz bir də suverenliyinizi təhdid altına alan vəziyyətlə üz-üzəsiniz. Əmin olun ki, dualarımız sizinlədir. Hamımız ümid edirik ki, tezliklə bu təhlükə geridə qalacaq”.