Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 8-də Cenevrəyə işgüzar səfərlə yola düşəcək.

Nazirliyinin Mətbuat xidməti idarəsindən Unikal.org-a bildirilib ki, səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.