Dünən Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar nazir Ceyhun Bayramov bu gün Moskvaya işgüzar səfər edəcək.

***

12:23

Bakı və Yerevanın Moskvada məsləhətləşmələri cümə günü Xarici İşlər nazirləri səviyyəsində keçiriləcək.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə bildirib.

“Bakı və Yerevanın məsləhətləşmələri bu gün baş tuta bilərmi?” sualına, o, “bəli” deyərək cavab verib.

11:17

Bakı və Yerevanın Moskvada məsləhətləşmələri Xarici İşlər Nazirləri səviyyəsində keçiriləcək.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə bildirib.

“Azərbaycan və Ermənistan Moskvada keçiriləcək konsultasiyalarda iştirakını artıq təsdiq edib. Aktiv hazırlıq işləri gedir”, - deyə Zaxarova bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Bakı və Yerevana həlak olanların cəsədlərinin və əsirlərin dəyişdirilməsi məqsədilə humanitar zəmində atəşkəsə çağırış edib. Bu məqsədlə Azərbaycan və Ermənistan XİN rəhbərləri məsləhətləşmələrin aparılması üçün Moskvaya dəvət ediliblər.