Nikol Paşinyan Ermənistan tərəfinin Dağlıq Qarabağ üzrə sülh prosesinin bərpasına hazır olduğunu bildirib.

Unikal.org xəbər verir ki, belə bir bəyanatla Ermənistanın baş naziri Avrasiya İqtisadi Birliyinin hökumətlərarası iclasında çıxış edib. 

“ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin prezidentləri və xarici işlər nazirlərinin son bir neçə gündə verdiyi bəyanatlara uyğun olaraq sülh prosesini bərpa etməyə hazırıq”, - deyə o bildirib.