Fransa Prezidenti Emmanuel Makronun administrasiyası Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin cümə axşamı və ya şənbə günü atəşkəs barədə razılığa gələ biləcəyinə ümid edir.

Unikal.org xəbər verir ki, bu barədə “Agence France-Presse” nəşrinə Yelisey Sarayından məlumat verilib. 

Eyni zamanda, AFP mənbəyi ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların artıq yaxın günlərdə davam etdirilməsi üzərində işlərin aparıldığını bildirib.

Qeyd dək ki, ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanma üçün məsləhətləşmələr prosesi cümə axşamı Cenevrədə başlayıb. Məsləhətləşmələrin bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə Moskvada davam edəcəyi bildirilir.