Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Azərbaycan və Ermənistan rəhbərləri ilə baş tutan telefon danışığı barədə məlumat verib.

Unikal.org xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə danışıb.

“Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiya Prezidenti Vladimir Putin görüşdə iştirak edənlərə İlham Əliyev və Nikol Paşinyanla telefon danışıqları barədə məlumat verib”, - deyə Peskov bildirib.

O əlavə edib ki, iclasın iştirakçıları hər iki dövlətin rəhbərinə atəşkəslə bağlı yenidən çağırış ediblər.