Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) mətbuat konfransı keçiriləcək.

Unikal.org-un xəbərinə görə, mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər naziri Ceyhun Bayramov iştirak edəcək.

Mətbuat konfransı saat 15.00-da başlayacaq.