“Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatlar Ermənsitanın "qələbə" illüziyalarını darmadağın edib”.

Unikal.org xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin ön xəttə yerləşdirilən hərbi sistemləri darmadağın edilib:

“Azərbaycan silahlı qüvvələri uğurlu əməliyyat həyata keçiriblər. Yenə də onlara cavab verməkdə davam edirlər”.

Prezident köməkçisi bildirib ki, status-kvo dəyişdirilib: “Artıq Azərbaycanın bir çox torpaqları işğaldan azad edilib”.