Atəşkəs sülhə çatmaq üçün bir vasitədir, Sülh və Müharibə arasında bir Körpüdür. Sülhün isə şərtləri bəllidir, onu Prezident İlham Əliyev elan edib. Əgər Ermənistan bu şərtləri qəbul etməsə, rədd olub torpaqlarımızdan çıxmasa “Atəşkəs körpüsü” məhv ediləcək. Bu sadəcə an məsələsidir”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib. 

“Sənədin diplomatik əhəmiyyətinə gəlincə isə qeyd etmək lazımdır ki, uğurlu hərbi əməliyyatların mühüm diplomatik uğuru Moskva sənədində əks olundu. 1994-cü ildə imzalanmış Atəşkəs sazişi ilə bu günkü sənədi müqayisə etsəniz, diplomatik qələbə göz önündədir! Bu sənəd ilə qarşı tərəf “Dağlıq Qarabağ Respublikası” xülyasını unutdu, öz imzası ilə Azərbaycana qarşı ərazi iddiasını və döyüşən tərəfin də Ermənistan olduğunu təsdiq etdi.

Bu sənəd bizə hərbi əməliyyatları sona qədər aparmaq üçün vacibdir, əgər Ermənistan özü torpaqlarımızı tərk etməsə.

Beləliklə, müharibə davam edir, fazaları fərqlidir, bir gün silah, digər gün diplomatiya danışır. Hər iki amil bir birinin qələbəsini möhkəmləndirir. Amma hədəf birdir - Azərbaycan torpaqları işğaldan azad olacaqdır! Bütün xalq Ali Baş Komandanın arxasındadır. Ona isə inam sonsuzdur!”