“Türkiyə artıq masadadır. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür. Türkiyə eyni zamanda regionun qonşu ölkəsidir”.

Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Minsk qrupu və digər formatlar çərçivəsində Türkiyənin bu prosesdə iştirakı yaxından gözlənilir.