“Cədvəllə (qrafik - red.) bağlı demək istərdim ki, bəyanatın üçüncü bəndində baza prinsiplərinin həyata keçirilməsi öz növbəsində cədvəllərin tərtibi nəzərdə tutulur”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.

Qeyd edək ki, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinə üz tutaraq işğalçı qüvvələrin regiondan çıxarılması qrafikini tələb edib:

“Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”.