Xəbər verdiyimiz ki, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində dördü qadın olmaqla, 10 nəfər həlak olub. Bununla yanaşı, binaların altından bir neçə uşaq çıxarılıb, onlar müxtəlif ağır xəsarətlər alıblar.
Unikal.org-un Gəncəyə ezam olunmuş əməkdaşları hadisə zamanı xəsarət alan və fotosu sosial şəbəkələrdə yayılan 5 yaşlı Bəxtiyar Heydərlinin yaşadığı evdə olub.Azyaşlının nənəsi Nüşabə Heydərova hadisə baş verən zaman yaşadıqlarını danışıb.
Müxbir: Famil Fərhadoğlu
Video: Müzəffər İsmayılov