Gələn il 2020-ci illə müqayisədə daha soyuq ola bilər.
Unikal.org xəbər verir ki, belə bir proqnozla Rusiya Elmlər Akademiyasının rəyasət heyətinin iclasında müxbir üzv İqor Moxov çıxış edib.
“Bu il El Ninyo fazasında başlayıb (Sakit Okeanın ekvatorial hissəsində iqlimə əhəmiyyətli təsir göstərən suyun üst qatının temperaturunun qalxıb-düşməsi – red.), La Ninya (El Ninyonun daha soyuq analoqu – red.) fazasında bitir. Gələn ilin bu ilkindən daha soyuq olacağını gözləmək olar”, - deyə Moxov bildirib.