Oktyabrın 15-də milklət vəkili Novruz Aslanov COVİD-19 pandemiyası ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq, İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib.
Unikal.org xəbər verir ki, telefon vasitəsilə millət vəkili ilə əlaqə saxlayanlar cəbhə bölgəsində Azərbaycan ordusu tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində azad edilmiş şəhər, qəsəbə və kəndlərin adını eşidərək sevinclərindən danışıblar, orduya və qələbəyə inamlarını bildiriblər.
Müraciətlər əsasən sosial və şəxsi məişət problemləri ilə bağlı olub. Hər bir müraciət fərdi qaydada qeydiyyata alınıb və həlli üçün lazımi addımların atılacağı sakinlərin diqqətinə çatdırılıb.