Azərbaycan Silahlı Qüvvələrinin qadın hərbi qulluqçuları da cəbhədə düşmənə qarşı vuruşur.

Unikal.org xəbər verir ki, onlardan ikisi Türkiyənin CNNTürk telekanalına açıqlama veriblər. Düşmənin sadəcə hərbi obyektlərini hədəf aldıqlarını deyən qadın döyüşçülərimiz, ermənilərin isə əksinə mülki vətəndaşlarımızı və əhalinin sıx yaşadığı şəhərlərimizi hədəf aldıqlarını deyiblər. Onlar düşmənin acizliyindən və qorxaqlığından bu addımı atdığını bildirib və işğal altında olan torpaqlarımızı azad etməyə çox az bir müddət qaldığını bildiriblər.