Baş Prokurorluq sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə yayılmış videolarla bağlı məlumat yayıb.

Unikal.org-a daxil olan məlumatda deyilir:

"Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davrandığını əks etdirən videogörüntülər yayılıb.

Qeyd edirik ki,ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb. Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".