Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.
Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir.
Bu tövsiyəyə səbəb sanitar-epidemioloji vəziyyətin pisləşməsi, koronavirusa yoluxmuş aktiv xəstə sayının artmasıdır.