“15 sentyabr tarixindən ümumtəhsil müəssisələrində təhsil ibtidai sinifdən başlayaraq ənənəvi formada təşkil edilmişdi. Bakı, Sumqayıt, Abşeronda həftədə 2 dəfə, digər bölgələrdə 3 dəfə dərsə gəlirdilər”.
Unikal.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
Təhsil naziri deyib ki, sonrakı mərhələdə yuxarı siniflər də əyani təhsilə cəlb edilib: “Ümumilikdə 1 milyon 300 min şagird əyani təhsilə cəlb edilmişdi. 2 milyon təhsil alan və bir neçə yüz min tədris işçisi tədris prosesində iştirak edir. Təhsil müəssisələri yoluxmanı artıra biləcək yerlər kimi qiymətləndirilir. Təhsil sistemi üçün riskli sütuasiya yaranıb. Buna görə də 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub”.