"Ermənistan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket atması düşmənin növbəti ciddi təxribatıdır".
Bunu Unikal.org-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi təhlil və informasiya şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, həmişə olduğu kimi, bu dəfə də düşmən layiqli cavabını alacaq:
"Düşmən hərbi əməliyyatların coğrafiyasını genişləndirməyə çalışır, bu məqsədlə də Azərbaycanın hərbi əməliyyatlar apardığı bölgələrdən uzaq məntəqələri atəşə tutur. Naxçıvanın atəşə tutulması Azərbaycanı daha ağır döyüşlərə cəlb etmək məqsədi güdür. Lakin ölkəmiz ərazi bütövlüyünü qorumaq üçün öz hüquqlarından istifadə edir.
Ermənistan bilməlidir ki, bu cür əməllərinin ağır cavabını mütləq alacaq. Azərbaycan hökuməti vətəndaşlarının təhlükəsizliyini qorumağı özünün bir nömrəli vəzifəsi hesab edir. Dünya ictimaiyyəti Azərbaycanın necə çətin və müasir düşüncədən uzaq dövlətlə qonşu olduğunun fərqindədir. Azərbaycan ona qarşı edilən hüquqazidd əməllərin hər zaman layiqli cavabını verib. Bu dəfə də düşmən öz cavabını alacaq.
Famil Fərhadoğlu