Ermənistanın Gəncəyə raket hücumunun qurbanları arasında uşaqlar da var.
Unikal.org xəbər verir ki, onlardan biri də 1 yaşlı Mədinə oldu. Valideynləri ilə birgə həyatını itirən Mədinənin 3 yaşlı bacısı Xədicə isə hazırda xəstəxanadadır.
“İTV Xəbər” raket hücumu nəticəsində xəsarət alanların müalicə olduğu xəstəxanadan reportaj hazırlayıb. Həmin süjeti təqdim edirik: