Azərbaycan Silahlı Qüvvələri uğurlu əks-hücum əməliyyatları ilə 27 illik Füzuli həsrətinə son qoyub. 

Unikal.org xəbər verir ki, daha maraqlı məqam isə bu gün sosial şəbəkədə yayılan görüntülər olub.

Düşmən işğalından azad olunan Füzuli nəinki Füzuli sakinlərinin, eləcə də bütün xalqın sevincinə səbəb olub. 

Belə ki, görüntülərdə 27 ildən sonra Füzuli şəhərinə daxil olan hərbçilərimizdən biri uçuq-sökük binanın öz evləri olduğunu deyir. Uzun illər sonra öz doğma evini ziyarət edən hərbçimizin görüntüləri sosial şəbəkə istifadəçilərini kövrəldib. 

Həmin videogörüntüləri təqdim edirik: