Varşavada koronavirusun yayılması səbəbindən Yeni il ərəfəsində kütləvi tədbirlərin ləğv edilməsinə qərar verilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yerli hökumətin məlumatına görə, mövcud epidemiya vəziyyətinə görə bu il Yeni il qeyd olunmayacaq, sakinlərin sağlamlığı daha vacibdir.

Həmçinin o da vurğulanıb ki, bunun sayəsində şəhər büdcəsinə də qənaət etmək mümkün olacaq.

Qeyd edək ki, Polşada ümumi yoluxanların sayı 192 539 nəfərdir, 3  721 nəfər isə koronavirusdan ölüb