Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində kadr dəyişikliyi aparılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə,  bununla bağlı müvafiq əmri qurumun direktoru Qüdrət Qurbanov imzalayıb.

Əmrə əsasən, Fərhad Məmmədov Dövlət Dəniz Agentliyində direktor müavini təyin edib.

Qeyd edək ki, F.Məmmədov 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əlaqələr və konvensiyalar sektorunun müdiri və müdir müavini vəzifələrində çalışıb. 2011-ci ildən Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib.

O, 2020-ci ilin aprel ayından etibarən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsini icra edib.

Orxan Həsənli