İşğal altında olan torpaqlarda fəaliyyət göstərən şirkətlər barədə hüquqi tədbirlər görüləcək.
Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, aparılmış araşdırmalarla Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər müəyyən edilib.
İşğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərin tətbiqi Azərbaycan Baş Prokurorluğu tərəfindən daim nəzarətdə saxlanılmaqla davam etdirilir.
Bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində hansı qaydada iqtisadi fəaliyyətlə məşğul ola biləcəyi, qanunsuz iqtisadi fəaliyyətə görə cinayət qanunvericiliyinin müddəaları ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.
Baş Prokurorluq tərəfindən Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində beynəlxalq hüquq normaları çərçivəsində kəsərli tədbirlərin görülməsi təmin ediləcək.