İnterpol daha iki azərbaycanlı barədə axtarış elan edib.
Unikal.org xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarılan 1976-cı ildə Şamaxıda anadan olan Bəylər Niftəliyev və Naxçıvan Muxtar Respublikasında anadan olan Əli Əliyev axtarılır.
B.Niftəliyev zorakılıq və soyğunçuluqda, Ə.Əliyev isə sağlamlığa ağır zərbə vurma və soyğunçuluqda ittiham olunurlar.
Hər iki şəxs İnterpolun saytında axtarışa verilib.