“Hatayda həyata keçirilən uğurlu terrorla mübarizə əməliyyatı ilə əlaqədar qəhrəman təhlükəsizlik qüvvələrimizi təbrik edirəm. Bütün hataylı qardaşlarımıza keçmiş olsun deyirəm. Rəbbim ölkəmizi hər cür hücumdan, fəlakətdən, xain əməllərdən qorusun”.
Unikal.org xəbər verir ki, bu sözlərlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində İsgenderun rayon mərkəzində törədilən terror aktına münasibət bildirib.
“Türkiyə artıq bu cür hücumlarla layihələndirilə bilən, yönəldilən, məşğul edilən bir ölkə deyil. Allahın izni, təhlükəsizlik qüvvələrimizin səyləri ilə həm sərhədlərimiz daxilində, həm də sərhədlərimiz xaricində terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik”, - deyə dövlət başçısı tvitterdə yazıb.