Gürcüstanda son sutkada koronavirusa 1 824 yeni yoluxma halı təsdiqlənib, 1 262 nəfər sağalıb, 23 pasiyent isə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Beləliklə qonşu ölkədə indiyədək COVID-19 aşkarlananların sayı 32 127-yə çatıb. Sağalanların sayı 12 632, vəfat edənlərin sayı isə 238 olub.
Hazırda karantində 3 757, stasionar nəzarətdə 3 847 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 2 249 nəfər isə xüsusi otellərdə müalicə alır.